banner
banner

Dünya

4 yaşlı xəstə qız "ərə getdi"- Video

4 yaşlı xəstə qız "ərə getdi"-

ABŞ-ın Nyu-York şəhərində yaşayan 4 yaşlı Ebbi Holl ağır xəstədir. O, leykemiyanın formalarından olan kəskin limfoblas leykoza mübtəladır. 

Cia.az milli.az-a istinadən xəbər verir ki, hospitalda müalicə olunan balaca Ebbi sanitar Mett Hiklinqi çox sevir. Uşaq Mettə o qədər mehr salıb ki, axırda ona "ərə getmək" qərarına gəlib.

"Ana, Mettlə toyumuzun olmasını istəyirəm", - Ebbi anasına belə deyib.

Ebbinin anası da ölümcül xəstə olan qızının istəyinin sadəcə, körpə şüurunun arzusu olduğunun fərqinə vardığından Mettə zəng vurub. Mett də razılaşıb və xəstəxanada "toy" olub.

"Çox ağır xəstə olan Ebbiyə belə dəstək vermək, onun könlünü xoş etmək mənim üçün önəmlidir. Ebbini qızım təki sevirəm və onun arzusunun çin olmasını istəyirəm. Tanrıya dua edirəm ki, bu zarafat, şən "toy" nə zamansa gerçək olsun və Ebbi böyüsün, sevdiyi oğlanla ailə qursun", - Mett Hiklinq söyləyib.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.