banner
banner

Dünya

Türkiyə qarışdı: terrorçular avtobus sürücülərini girov götürdü

Türkiyə qarışdı:
Türkiyə İstanbul şəhəri Eyüp rayonunun Alibeyköy məhəlləsində 47 L və 47 E marşurutu ilə hərəkət edən şəhər daxili ictimai nəqliyyatlar terrorçuların hücumuna məruz qalıb. ANS PRESS-in məlumatına görə, avtobusları ələ keçirən terrorçular başlarına silah dayadıqları sürücüləri girov götürüblər. Sürücülərdən biri terrorçuların əlindən qaçaraq xilas olsa da digər sürücü girovluqda qalıb. Həmçinin ələ keçirilən avtobuslar da terrorçuların nəzarətindədir. 
 
Avtobusların daha sonra polis tərəfindən terrorçulardan geri alındığı bildirilsə də girov sürücü barədə məlumat verilməyib. 
 
 
Surucda 30 nəfərin öldüyü terror hadisəsi
 
Xatırladaq ki, ötən gün güzndüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 30 nəfər ölüb, 104 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında vəziyyəti ağır olanlar olduğundan ölü sayının çoxalacağı istisna olunmur. . 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.