Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa vilayətinin Suruç rayonunda baş vermiş terror aktı ilə bağlı açıqlama verib.
Ərdoğan artıq hərəkətə keçməyin vaxtının çatdığını bəyan edib.
"Terrorun dini, irqi, vətəni yoxdur. Terrora qarşı beynəlxalq işbirliyi çərçivəsində mübarizə aparmağın vacib olduğu göz önündədir. Bunu illərdir ki, deyirik. Amma deməklə kifayətlənməyib artıq hərəkətə keçərək iş görməyin vaxtı çatdığını xüsusilə vurğulamaq istəyirəm", - Türkiyə prezidenti bəyan edib.
Türkiyə mətbuatında iddia edilir ki, Ərdoğan bu açıqlamanı verməklə İŞİD və PKK-ya qarşı ordudan istifadə edəcəyinə işarə edib.
Şanlıurfadakı terror aktı ilə bağlı Türkiyə baş naziri Əhməd Davudoğlu da açıqlama verib. O bildirib ki, Suruç rayonundakı terror aktı İŞİD terrorçu qruplaşmasının üzvü tərəfindən həyata keçirilib.
Türkiyə prezidenti və baş naziri Rəcəb Tayyib Ərdoğan, Əhməd Daudoğlu
Bu gün Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda Amara mədəniyyət mərkəzinin qarşısında toplaşan gənclər arasında 18 yaşlı İŞİD-çi qız özünü partladıb. Güclü partlayış zamanı ölənlərin sayı 30 nəfərə çatıb. 100-dən çox yaralının olduğu bildirilir. Müxtəlif xəstəxanalara yerləşdirilən yaralıların çoxunun vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.
Türkiyədə terror aktı törədilərkən Suriyanın Kobani şəhərində də partlayış baş verib. Bu isə hər iki partlayışın bir-biri ilə bağlılığının olması şübhələrini yaradıb.
Şanlıurfa vilayətindəki terror aktının videosu
Terror aktından sonra Türkiyə Silahlı Qüvvələri Suriya sərhədinə yerləşdirilən tank, haubitsalar, raket və topların istiqamətini Suriya tərəfinə çevrib. Sərhədə əlavə tank və digər zirehli hərbi texnikalar gətirilib. Bütün hərbi texnika səfərbər edilib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.