Türkiyənin baş naziri Əhməd Davudoğlu Suriya ilə sərhəd boyunca təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini deyib. O, bu açıqlamanı Türkiyənin Şanlıurfa bölgəsinin Suruç qəsəbəsində baş verən və 31 nəfərin ölümü ilə nəticələnmiş bomba partlayışından sonra verib.
Bu haqda məlumatı BBC telekanalı yayıb.
Davudoğlu ilkin araşdırma zamanı hadisənin İslam Dövləti (İD) tərəfindən törədildiyinin ortaya çıxdığını bildirib.
O, Ankarada keçirdiyi mətbuat konfransında Türkiyənin İD-ə qarşı bütün lazımi tədbirlərin görülməsinə davam edəcəyini deyib: “Terrorizm hadisəsi ilə üz-üzəyik. Bizdə günahkarların tapılması və cəzalandırılması üçün iradə var".
Prezident Rəcəb Tayyib Ərdoğan da Kipr ziyarəti zamanı çıxışında hücumu pisləyib: "Xalqımın adından bu qəddarlığı törədənləri lənətləyirəm. Terror haradan gəlirsə gəlsin, qarşısı alınmalıdır”.
Hadisədən sonra İstanbulda və Ankarada etiraz aksiyaları baş tutub. Etirazçılar prezident Rəcəb Tayyib Ərdoğanı ittiham edən şüarlar səsləndiriblər. Polis etirazçılara qarşı su şırnaqlarından, göz yaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.
Ağ Evin mətbuat katibi də hücumu pisləyərək "Türkiyə dövləti və türk xalqı ilə həmrəyliyini" ifadə edib.
Müstəntiqlər hesab edirlər ki, partlayışı İslam Dövləti (İD) qrupundan olan qadın intiharçı törədib.
Partlayışda Kobani şəhərini bərpa etməyə kömək etmək üçün Suriyaya keçməyi planlaşdıran gənc fəalların qrupu zərər çəkib.
Yayımlanmış videoda partlayış zamanı əsasən universitet tələbələri olan qrup üzvlərinin yığıncaq keçirərək, planlarını müzakirə etdikləri görünür.
BBC-nin Yaxın Şərq üzrə müxbiri Jim Muirin sözlərinə görə Türkiyə İD qruplaşmasının fəaliyyətinə göz yummaqda günahlandırılırdı. Amma son zamanlar yaraqlılara qarşı etdiyi güclü basqılar bu partlayışın baş verməsinə səbəb ola bilər.
Suriyanın sərhədyanı Kobani şəhəri Türkiyədəki Suruç qəsəbəsinin yaxınlığında yerləşir.
Ötən ilin sentyabr ayından Kobani şəhəri İD qurumu silahlıları ilə kürd əsgərləri arasında döyüş meydanına çevrilib. Yanvar ayında isə kürd qruplaşmaları Kobanini geri ala bilib.
Qeyd edək ki, Türkiyənin Şanlıurfa bölgəsinin Suruç qəsəbəsində baş verən partlayışda 31 nəfər ölüb, 100-dən çox insan yaralanıb
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.