Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ölkəmizi təmsil edən Ağdamın "Qarabağ" klubu dünən "Rudar"la matç üçün Monteneqroya yollanıb.
Cia.az xəbər verir ki, hava limanında sualları cavablandıran klubun baş məşqçisi Qurban Qurbanov ANS-ə, Bakıda qazanılan qolsuz heç-heçənin təhlükəli hesab olduğunu bildirib. İlk matçla müqayisədə heyətdə ciddi dəyişiklik etməyəcəyini deyən Qurbanov komandanın sıralarına yeni qoşulan futbolçulara 18 nəfərlik heyətdə yer verəcəyini bildirib.
Qeyd edək ki, "Rudar" - "Qarabağ" oyun 22 İyul, saat 23:45-dəkeçiriləcək. Bu komandalar arasındakı ilk qarşılaşmada hesab açılmamışdı.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.