İtaliyanın paytaxtı Romanın tarixi əsərlərindən biri olan və “Eşq bulağı” kimi tanınan Trevi bulağı siçanların hücumuna məruz qalıb. İtalyan memar Nikola Salvinin Romadakı Poli Sarayının bir tərəfində inşa etdiyi 1735-ci ildə açılan və o gündən bu yana Romaya ilk dəfə gələnlərin getdiyi Eşq Bulağında indi siçanlar gəzişir. Cirriere della Sera qəzetinin xəbərinə görə, 18-ci ildən bu yana düzəldilən bulaq bir firma tərəfindən təmir üçün bağlanıb. Aylardır su keçməyən borularda hazırda siçanlar gəzir. Bulağın ətrafında yaşayanlar siçanların restoranlara və evlərə girmələrindən şikayət edirlər. 2 milyon avroluq təmir işləri başa çatdıqdan sonra bulaq yenidən çalışacaq.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.