Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.
İsveçdə "Elfsborq" Danimarkanın "Randers" klubunu sınağa çəkib. Bu komandalar arasında keçirilən ilk görüşdə hesab açılmadığından cütün taleyinə bu axşam aydınlıq gəlib. Bu oyunda "Elfsborq" 1:0 hesabı ilə qələbə qazanıb və növbəti mərhələyə yüksəlib. Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsinin qalan cavab oyunları iyulun 23-də keçiriləcək. Təmsilçilərimizdən "İnter" evdə "Hafnarfyordur" (İslandiya), "Qəbələ" isə "Çukariçki"ni (Serbiya) qəbul edəcək.
21 iyul
Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunu
20:55. "Elfsborq" (İsveç) - "Randers" (Danimarka) - 1:0 Qol: Lundevall, 94 (1:0) İlk oyun - 0:0
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.