banner
banner

Dünya

Eks prezidentə ölüm hökmü

Eks prezidentə ölüm hökmü

Misirin baş prokurorluğu, sabiq prezident Məhəmməd Mursi və “Müsəlman qardaşlar” təşkilatının 35 nəfər üzvünə ölüm hökmü çıxarılmasını tələb edib.

APA-nın İTAR-TASS agentliyinə istinadən məlumatına görə, müvafiq sənəd noyabrın 19-da ittihamçı qismində çıxış edən prokuror İmad əş-Şəravi tərəfindən məhkəmə kollegiyasına göndərilib.

Xatırladaq ki, Mursi və tərəfdarları barədə məhkəmə prosesi 2013-cü ilin fevralında başlayıb. M.Mursi və “Müsəlman qardaşları”nın digər liderləri Misirdə terror aktlarının törədilməsi məqsədilə xarici təşkilatlarla əməkdaşlıq etməkdə və terroru maliyyələşdirməkdə ittiham edilirlər.

Bundan əlavə, onlar ölkənin hərbi sirlərini başqa dövlətlərə ötürməkdə, dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün sarsıdılmasına yönəldilmiş fəaliyyət göstərməkdə təqsirləndirilirlər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.