banner
banner

Sağlamlıq

Qarpız pəhrizi - həm arıqladır, həm orqanizmi təmizləyir

Qarpız pəhrizi -

Qarpız çox faydalı giləmeyvədir. Qarpız sidikqovucu, ödqovucu, iltihabəleyhinə xüsusiyyətlərə malikdir, mübadilə proseslərə və qara ciyərin fəliyyətinə çox müsbət təsir edir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizə aparır.

Qarpızın köməyi ilə orqanizmi əsaslı şəkildə şlaklar, toksinlər, ağır metalların duzları və s. ziyanlı maddələrdən təmizləmək mümkündür.

Qarpız böyrəklərin ən xoşladığı məhsullardan biridir. Qarpız böyrəkləri qumdan və hətta kiçik daşlardan təmizləyir, iltihabla mübarizə aparır.

Qarpız həmçinin arıqlamağa da kömək edir. Bir çox diyetoloqlar qarpız pəhrizləri təqdim edir.

Sizə 1-günlük qarpız pəhrizi təqdim edirik. Belə pəhriz hər həftə, həftədə 1 dəfə olmaqla tutulmalıdır (məsələn, hər şənbə günü). Az bir müddətdən sonra siz həm çəkinin azalmasını, həm də orqanizmin daha sağlam və gümrah olmasını hiss edəcəksiniz.

Pəhriz üçün 1 ədəd 6-7 kq-lıq yaxşı yetişmiş qarpız götürülür. Belə qarpızdan təxminən 2 kq təmiz qarpız əti çıxır. Pəhriz üçün 2 kq qarpız əti lazımdır. Gün ərzində 5-6 dəfə təxminən 300-400 qr olmaqla  təmizlənmiş qarpız yeyin. Həmçinin gün ərzində istədiyiniz qədər təmiz su içə bilərsiniz.

Nəzərinizə çatdıraq ki, belə pəhriz şəkərli diabet, öd daşı xəstəliyi, ağır ürək və bəzi böyrək xəstəlikləri olan insanlar üçün əks göstərişdir. Əgər sizdə hər hansı xroniki xəstəlik varsa, pəhriz tutduqdan əvvəl sizə nəzarət edən həkiminlə və ya terapevtlə məsləhətləşin.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.