Amerikadakı restoranların birində yemək yeyən müştəri 20 dollar 21 sentlik yeməyə 1000 dollar bəxşiş verib. Ofisiant olaraq çalışan Brendan Motill hər zaman olduğu kimi restorandakılara söhbət edərkən müştərilərdən birinə yeməyin hesabını aparıb. Bundan sonra masada oturan şəxs hesabı ödəyib. Müştəri getdikdən sonra bəxşişi görən ofisiant şoka düşüb. Unilad.com saytının xəbərinə görə, Motill bəxşişi gördüyü zaman hiss etdiklərini belə izah edib: “Bəxşişi gördüyüm zaman şoka düşdüm. Heç bir şey edə bilmədim. Müştəri çox sadə adam idi. Gedib təşəkkür etmək istədim, lakin çıxmışdı. Kimliyi bəlli olmayan müştəri hesabın 50 qatı qədər bəxşiş verdiyi ofisiant üçün qısa məktub da yazıb: “Brendan, xidmətinə görə təşəkkür edirəm. Ofisiant olaraq çox yaxşı çalışırsan. Ümidlərinin nə olduğunu bilmirəm, amma bəxşişin işə yarayacağını düşünürəm. Dünya çox çətindir. İnsanların həyatını asanlaşdırmaq üçün təsadüfi yaxşılıqlar edirəm. Özünə yaxşı bax, qardaşım”.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.