banner
banner

İdman

"İnter" səddini keçmək asan olmayacaq"

"İnter" səddini keçmək asan olmayacaq"

"Bizim üçün çətin qarşılaşma olacaq. Doğma meydanda məğlub olmuşuq. "İnter" səddini keçmək asan olmayacaq. İlk matçı unudub öz oyunumuzu göstərməyə çalışacağıq".

Bu sözləri Qol.Az-a "Hafnarfyordur"un (İslandiya) kapitanı David Vidarsson Avropa Liqasının ikinci təsnifat mərhələsində Bakı "İnter"i ilə cavab görüşü öncəsi deib.

O, yaxşı komandaya qarşı oynayacaqlarını vurğulayıb:

"Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Komandada  yüksək motivasiya var. Məncə, qələbə qazana bilərik. Rəqib ilk matçın ikinci hissəsində güclü mübarizə aparmışdı".

D.Vidarsson bildirib ki,  növbəti mərhələyə yüksələrək "Atletik"ə (Bilbao) rəqib olmaq istəyirlər:

"Amma hal-hazırda "Atletik"lə oyunu düşünmək vaxtı deyil. Əsas odur ki, "İnter"ə qalib gələk".

Qeyd edək ki, "İnter" - "Hafnarfyordur" sabah 21:00-da başlayacaq.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.