banner
banner

İdman

"Neftçi"də ciddi itki

"Neftçi"də ciddi itki

Azərbaycan Premyer Liqasının 7-ci turunda sabah "Qarabağ"la qarşılaşacaq "Neftçi" oyuna ciddi itki ilə çıxacaq. Komandanın aparıcı futbolçularından olan Bruno Bertuççi vacib matçı buraxmalı olacaq.

Bu barədə Qol.Az saytına komandanın baş məşqçisi Arif Əsədov məlumat verib. Onun sözlərinə görə zədədən əziyyət çəkən braziliyalı müdafiəçi oyuna hazır deyil.

A.Əsədov həmçinin hücumçu Ernest Nforun də zədəli olduğunu deyib. Bildirib ki, kamerunlu hücumçunun "Qarabağ"la oyunda iştirakı sual altındadır.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı sabah saat 16:00-da başlayacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.