banner
banner

Sağlamlıq

Yatmağa köməkçi olan qidalar

Yatmağa köməkçi olan qidalar
Banan - Serotonin və melatonin xaricində maqnezium da ehtiva edən bu meyvə, əzələləri boşaldar və sizi rahatlaşdırar. 
 
Çobanyastığı çayı - Sakitləşdirici xüsusiyyəti sayəsində bütün gərginliklərdə sizi boşaldan bir vasitə olaraq çobanyastığı çayı içə bilərsiniz. 
 
Süd –tərkibində olan trpisin təsiri ilə sərbəstləşən və orqanizm üçün lazımlı bir amin turşusu olan triptofan sayəsində beyniniz sakitləşər və daha sağlam bir yuxuya gedərsiniz.

Bal - Bitki çayınızın və ya ilıq südünüzün içinə bir qaşıq bal əlavə edin. Təsirini artıracaq.
 
Kartof - Az miqdarda sobada bişirilmiş kartofun yaxşı bir gecə yuxusuna köməkçi ola biləcəyini bəlkə daha əvvəl eşitməmişdiniz. Təsiri artırmaq üçün südlə qarışdırıb püre olaraq istehlak edə bilərsiniz.
 
Yulaf - sağlam qidalanmanın imtina edilməzi olan yulaf tərkibində melatonin var. Yuxu üçün əlavə təsir istəyirsinizsə, bir ovuc yeyə bilərsiniz.
 
Badam - Ürəyinizin dostu olan badamı hər gün qəbul etməyə diqqət edin. Həm triptofan ehtiva edən, həm kalsium ehtiva edən badam, əzələlərinizin rahatlamasına köməkçi olacaq.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.