Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" klubu bu gün son yoxlama matçına çıxıb.
Qol.Az-ın məlumatına görə, Yunis Hüseynovun komandası Türkiyə III liqasında mübarizə aparan "Dərincəspor"la qarşılaşıb.
Kapadokiya bölgəsində keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Matç "Xəzər Lənkəran"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Xəzər Lənkəran" daha öncə keçirdiyi yoxlama görüşlərində "Niğdespor"a 1:0, "Antalya Kunduspor"a 8:1 hesabı ilə qalib gəlib. Daha sonra "Kayserispor"la heç-heçə edən Lənkəran təmsilçisi "Kasımpaşa"ya uduzub - 0:2.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.