"Messi və Ronaldodan başqa, bütün oyunçuları ala bilərik"
"Arsenal" ev oyunlarını keçirdiyi "Emirates" stadionunda əldə edilən gəlirləri transferlərə xərcləyəcək.
Cia.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə London klubunun nümayəndəsi Lord Harris məlumat verib. O bildirib ki, komandanın baş məşqçisi Arsen Vengerin istədiyi transferləri edəcəklər:
"Arsenal" bu yay klub tarixinin transfer rekordunu qıra bilər. Lionel Messi və Kriştiano Ronaldodan başqa, bütün oyunçuları ala bilərik. Əsas məqsədimiz hücumçu transfer etməkdir".
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.