Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Ağ Evə rəhbərlik etdiyi müddətdə ilk dəfə olaraq atasının doğma vətəni olan Keniyaya səfər edib.
Cia.az-ın Azərtac-a istinadən məlumatına görə, ABŞ Prezidentinin paytaxt Nayboridə Afrikada sahibkarlığın təşviqi ilə bağlı konfransda iştirak edəcəyi gözlənilir.
Ağ Evin rəhbəri Keniyadan sonra Efiopiyaya səfər edəcək.
Qeyd edək ki, Barak Obama Keniyaya sonuncu dəfə 2006-cı ildə senator olarkən gəlmişdi.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.