banner
banner

Sağlamlıq

Sirroz müalicə olunurmu?

Sirroz müalicə olunurmu?

Qara ciyər sirrozu zamanı müxtəlif səbəblərə görə (spirtli içkilərin qəbulu, B və C virus hepatitlərin təsiri, dərmanların təsiri, autoimmun xəstəliklər və s.) qara ciyər toxuması tədricən çapıq toxuması ilə əvəz olunmağa başlayır.

Çapıq toxuması, təbii ki, qara ciyər toxumasının funksiyalarını yerinə yetirə bilmir və bu səbəbdən xəstədə qara ciyər çatışmazlığı kimi ağır pozulma inkişaf edir. Gecikmiş mərhələlərdə qara ciyər sirrozu xəstənin az bir müddət ərzində ölümünə səbəb olur.

Gördüyümüz kimi, qara ciyər sirrozu çox ağır xəstəlikdir. İnsanların əksər hissəsi bu xəstəliyi "ölüm hökmü" kimi qəbul edir. Bəli, sirroz tam müalicə olunmur. Lakin xəstəliyin ilkin mərhələlərində sirrozun qara ciyərə olan dağıdıcı təsirini xeyli ləngitmək və xəstəni xilas etmək mümkündür. Burada ən əsas şərt xəstəliyi vaxtında aşkar etməkdir. Təəssüf ki, xəstəliyin ilk mərhələlərində sirroz özünü heş bir ciddi simptomla büruzə vermir. Xəstəlik hətta illər ərzində, demək olar, simptomsuz inkişaf edə bilər. Xəstəni halsızlıq, tez yorulma, qara ciyər nahiyəsində dartıcı ağrılar kimi simptomlar narahat edə bilər. Bu simptomlarda mütləq hepatoloqa müraciət etmək lazımdır.

Sirrozun müalicəsi müəyyən rejim, qidalanma, fiziki və psixoloji gərginliklərin məhdudlaşdırılması, müəyyən dərmanların qəbulu, ağırlaşmaların profilaktikası və müalicəsindən ibarətdir.

Yuxarıda qeyd etdiyimiz kimi, müalicənin nəticəsi və proqnozu xəstəliyin ağırlığından asılıdır.

Xəstəliyin səbəbi B və ya C virus hepatitləri olduqda, xəstəyə xüsusi virusəleyhinə müalicə təyin olunur. Virusəleyhinə preparatlar virusun aktivliyini yatırdır və həmçinin sirros və fibroz əleyhinə təsir edir.

Xəstəliyin səbəbi spirtli içkilərin qəbulu olduqda xəstə spirtli içkilərdən tam imtina etməli və həkim tərəfindən təyin olunan hepaprotektorları (qara ciyərin bərpasını stimullaşdıran  preparatlar) qəbul etməlidir.

Pəhrz də sirroz zamanı böyük müalicəvi rol oynayır - çox yağlı, qızardılmış, duzlu qidalar, spirtli içkilər əks göstərişdir.

Xəstəliyin gecikmiş mərhələlərində ağır pozulmalar inkişaf edir - qida borusu və mədə damarlarında varikoz genişlənməsi inkişaf edir, qarın boşluğunda qanaxma yaranır, burada maye yığılır (buna "assit" deyilir). Assitin müalicə üçün duzsuz pəhriz və diuretiklər (sidikqovucu) preparatlar istifadə olunur, ağır vəziyyətlərdə parasentez aparılır (qarın boşluğu deşilir və maye xaric olunur). Assit inkişaf etdikdən sonra xəstələrin 50%-i 2 ilə kimi, qalan 25-50%-i isə 6 ay yaşayır.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.