banner
banner

Sağlamlıq

Saçları tez uzadan- MASKAlar

Saçları tez uzadan-

Saçların keyfiyyəti, uzanma müddəti və çoxluğu insanın qidalanmasından da asılıdır.

Saçların sağlam uzanması üçün protein, mineral və vitaminə ehtiyac var.

Saç diblərindən sağlam halda çıxan saçlara düzgün qulluq edilməzsə, uzandıqca xəstə hala gələr. Kosmetik vasitələrlə edilən saç baxımı isə saçların korlanmasına səbəb olur. Buna görə saçlara təbii məhsullarla qulluq etmənizdə fayda var.
Saçları tez uzadan təbii maskalar təqdim edirik.

Maska 1.

Badam yağı

Darçın otu

Sarımsaq yağı

Bemiks ampulası

Apteklərdən rahatlıqla tapa biləcəyiniz Bemiks ampulasını badam yağı və sarımsaq yağı ilə qarışdırın. 1 stəkan suda darçın otunu qaynadıb suyunu qarışıma əlavə edin. Hazırladığınız qarışımı saçlarınıza masaj ilə tətbiq edin. 20 dəqiqə sonra yuyun. Həftədə bir dəfə edin.

Maska 2.

2 çay qaşığı adaçayı

2 yemək qaşığı zeytun yağı

Hər ikisini qabda yaxşıca qarışdırıb saçlarınıza masaj edərək vurun. 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə durulayın. Həftədə iki dəfə edin.

Maska 3.

Alma sirkəsi

Zeytun yağı

Bibəriyə

Kəklikotu

Kəklikotunu iki stəkan suda qaynadın, içinə bibəriyə, 2 yemək qaşığı zeytun yağı, 1 stəkan alma sirkəsi qatın. Masajla saçlarınıza vurduqdan sonra 45 dəqiqə saxlayıb ilıq su ilə durulayın.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.