Türkiyə hərbi qüvvələri Şimali İraqdakı PKK və İŞİD düşərgələrinə hücumu davam edir.
Cia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hücum zamanı PKK-nın rəhbər şəxlərindən biri Öndər Aslan (Şervan Varto) öldürülüb. Eyni zamanda hərbi əməliyyat zamanı 3 PKK üzvü yaralanıb.
PKK-nın mühüm qolu olan HPG-nin yüksək vəzifəlilərindən olan Öndər Arslan Türkiyə sərhədinin 10 km-liyində yerləşən Zap və Gare arasındakı Sergele bölgəsinə endirilən zərbələr səbəbindən məhv edilib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.