banner
banner

Dünya

Angela Merkel stuldan yıxıldı

Angela Merkel stuldan yıxıldı
Almaniyanın federal kansleri Angela Merkelin başına iş gəlib. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, Beyreytdə ənənəvi olaraq hər il keçirilən və Rixard Vaqnerin əsərlərinin ifa edildiyi opera festivalı zamanı kanslerin altındakı stul sınıb və o, döşəməyə yıxılıb.
Olay restoranda baş verib. Merkel foyeyə antrakt zamanı çıxıb. Bəzi məlumatlara görə, kansler hətta huşunu itirib və sonra ətrafdakıların köməyi ilə yerdən qalxa bilib. Siyasətçiyə kömək edən həkimlərin sözlərinə görə, insident 61 yaşlı Merkelin yorğun olması və orqanizminin susuzlaşması nəticəsində yaşanıb.
 
Xatırladaq ki, ötən ilin dekabrında ZDF və ARD telekanallarına müsahibə verən zaman kansler qəfildən özünü pis hiss eləmiş, nəticədə müsahibəni müəyyən müddətə dayandırmaq lazım gəlmişdi. Az sonra alman nəşrləri yazmışdı ki, Merkelin yarım-huşsuz vəziyyətə düşməsinə səbəb aclıq və orqanizmin susuzlaşması olub. 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.