banner
banner

Dünya

Gürcüstanın müdafiə naziri: “NATO-ya qəbul edilməsək, faciə olacaq...”

Gürcüstanın müdafiə naziri:
Bir sıra islahatları və öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, Gürcüstan hələ də NATO-ya üzvlüklə bağlı Qərbdən dəqiq cavab almayıb. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin müdafiə naziri Tina Xidaşeli Avstriya nəşrinə müsahibəsində bildirib. 
Onun sözlərinə görə, Gürcüstan NATO-ya üzv olmasa, bu, onun üçün faciə demək olacaq. Nazir hesab edir ki, Ukraynadakı hadisələrin inkişafı nikbinlik üçün əsas yaratmır. “Rusiyanın təhdidləri Tiflisə, Kiyevə, Bakıya və ya İrəvana yox, Vaşinqtona, Brüsselə, bütövlükdə Qərbə qarşı yönəlib” – Xidaşeli bildirib və əlavə edib ki, Rusiya Ukrayna ilə kifayətlənməyəcək, ona görə də NATO və Avropa Birliyi bu gün hərəkət etdikləri kimi hərəkət edə bilməzlər. 
 
Müdafiə naziri alyansın gələn il Varşavada keçiriləcək sammitində Tiflisin qərbdən “dəqiq cavab” gözlədiyini də vurğulayıb.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.