banner
banner

İdman

"Müharibə "Qarabağ"a da təsir edib" – Almeyda

"Müharibə "Qarabağ"a da təsir edib" –

"Çoxları Azərbaycan çempionatını tanımır. Ancaq mən şan-şöhrət axtarmıram. Sadəcə, ailəmə kömək etməyə çalışıram. Azərbaycan Premyer Liqası güclü olmaya bilər, amma maliyyə durumu yaxşı vəziyyətdədir".

Bu sözləri "Qarabağ"ın futbolçusu Riçard Almeyda məşhur ESPN nəşrinə açıqlamasında deyib.

"Azərbaycan gözəl ölkədir, paytaxt Bakı bir növ Dubayı xatırladır. Kluba böyük maliyyə vəsaiti yatırılır. İş strukturu fantastikdir. Komandanın artıq yeni gözəl stadionu və çox yaxşı məşq meydançası var" - deyə Almeyda bildirib.

"Qarabağ"ın ev oyunlarını təmsil etdiyi Ağdam şəhərində deyil, Bakıda keçirməsinə də münasibət bildirən braziliyalı futbolçu deyib: "Müharibə "Qarabağ"a da təsir edib. Bu barədə mənə çox danışıblar. Qonşu Ermənistanla münaqişə çox ciddidir. Nə onlar Azərbaycana gəlir, nə biz oraya gedə bilirik. Müharibə hər zaman ağırdır. İndi sözün həqiqi mənasında bu iki xalq bir-birinə nifrət edir".

"Rusiyanın bu ölkəyə təsiri böyükdür. Lakin Azərbaycanda müsəlmanlar çoxluq təşkil edirlər. Burada siz alkoqollara rast gələ bilmərsiniz. Ümumiyyətlə, qadınlar nadir hallarda evdən çölə tək çıxırlar. Onları hər zaman yaxınları müşaiyət edir. Ailəm, həyat yoldaşım buranı çox sevir. Əlbəttə, mənim arzum daha güclü çempionatlarda oynamaqdır. Ancaq bu baş verməsə, "Qarabağ"da qalmaq istəyirəm" - deyə Almeyda əlavə edib.

 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.