Bu günlərdə Türkiyənin Afion şəhərində keçirilən təlim-məşq toplanışları keçirən “Neftçi” bolqarıstanlı müdafiəçi Borislav Stoyçevi baxışa dəvət edib.
Cia.az xəbər verir ki, 28 yaşlı futbolçu Bolqarıstanın “Vidima-Rakovski”, “Çernomorets Burqas”, “Nateks Burqas”, “Sliven-2000”, “Lyubimets 2007”, “Minyor Pernik” və “Beroye” kimi komandalarında çıxış edib. Sofiyanın “Levski” klubu oyunçunun sonuncu klubu olub.
B.Stoyçev yaxın bir neçə gündə “Neftçi”nin heyətində olacaq. Sonra komandanın məşqçilər korpusu ona dair son qərarını açıqlayacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.