banner
banner

İdman

“Qəbələ” Kiprə yollanır

“Qəbələ” Kiprə yollanır

UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Apollon”la (Kipr) qarşılaşacaq “Qəbələ” ilk oyunun Bakıdakı hazırlıqlarını başa vurub.
Cia.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, üç gündür paytaxtda məşq edən “qırmızı-qaralar” bu gün səhər saat 11:00-da Kiprin Nikosiya şəhərinə yollanacaq. 
Təxminən Bakı vaxtı ilə saat 16:00-da Kiprin paytaxtına çatacaq komanda “Hilton Nikosia” otelində məskunlaşacaq. “Qəbələ” iyulun 30-da baş tutacaq qarşılaşma öncəsi son məşqini keçirəcək. Hazırlıq oyunun baş tutacağı Larnakadakı “Antonis Papadopulos” stadionunda gerçəkləşəcək. Məşq Bakı vaxtı ilə 23:00-da başlayacaq. Saat 22:30-da isə komandanın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı baş tutacaq.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.