banner
banner

Dünya

Türkiyə parlamenti HDP-nin təklifini rədd etdi

Türkiyə parlamenti HDP-nin təklifini rədd etdi

Türkiyə Böyük Milli Məclisinin deputatları Xalqların Demokratik Partiyasının (HDP) ölkədə son hadisələrlə bağlı parlament komissiyasının yaradılmasına dair sorğusunu rədd edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata, müvafiq səsvermə HDP -nin təşəbbüsü ilə çağırılan parlamentin fövqəladə iclasında baş tutub.

Partiya terror aktlarının sayının artması səbəblərini araşdırmaq üçün komissiyanın yaradılmasını təklif edib. Xatırladaq ki, HDP parlamentin fövqəladə iclasının çağırılması üçün sorğunu İyulun 23-də göndərmişdi.

Publika.az isə Türkiyə mediasına istinadən xəbər verir ki, TBMM-də hökumət adından çıxış edən baş nazirin köməkçisi Bülənt Srınçın ardından kürsüyə çıxan HDP-li millət vəkili Osman Baydemirin açıqlaması qalmaqala səbəb olub.

“Bizim millət vəkillərimiz gerillaya (PKK terrorçularını nəzərdə tutur-red.) qurban olsun” deyən HDP-li deputat sərt reaksiya ilə qarşılaşıb.

Lakin o çıxışına davam edərək sözlərini təkrarlayıb: “Mənim və bütün millət vəkillərinin vəkillikləri bir əsgərin, polisin, gerilla (PKK) və sivilin canına qurban olsun”.

Bundan sonra TBMM-də gərginlik daha da artıb. O isə “baş nazir və prezidentin çıxışları sülhə sui-qəsd etməkdir. Gəlin savaş kimdən gəlirsə gəlsin, dur deyək”, - deyə bildirib.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.