Hazırlığını Türkiyədə davam etdirən “Zirə” növbəti transferini gerçəkləşdirib.
Cia.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, nigeriyalı müdafiəçi Çimezi Mba ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ç.Mbanın son klubu İsrailin “Hapoel” klubu olub. Mba Nigeriyanın U-20 yığma komandasında da oynayıb. O, 2011-ci ildə Kolumbiyada keçirilən dünya çempionatında iştirak edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.