Moskvanın cənub-qərbində silahlı insident baş verib.
“Sberbank”ın paytaxtın Mikluxo-Maklay küçəsində yerləşən ofisinə silahlı şəxslər hücum edib.
Nəticədə iki nəfər odlu silahdan açılan atəş nəticəsində ağır yaralanıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, naməlum şəxslər bankın giriş qapısında odlu silahdan atəş açıblar. Şahidlər bildiriblər ki, silah səsləri eşidilən kimi bankın əməkdaşları içəridən qapını bağlayıblar. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
İlkin məlumata görə, yaralanan şəxslər bankda külli miqdarda pulları olan müştərilərdir. Polis hadisəni törədən şəxs və ya şəxslərin axtarışına başlayıb. Onların hadisə yerindən üç maşınla qaçdıqları məlum olub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.