|
Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçirilib. Bakının "İnter" klubu Bilbaoda "Atletik"in qonağı olub. "Hafnarfyordur"u (İslandiya) mübarizədən kənarlaşdırmaqla tarixində ilk dəfə III təsnifat mərhələsində oynamaq hüququ əldə edən Zaur Svanadzenin komandası bu uğurun davamını gətirməyə çalışacaqdı. Lakin "İnter"in rəqibi İspaniyanın iddialı klublarından olan "Atletik" idi. 2011/2012 mövsümündə Avropa Liqasının finalında oynayan "Atletik" bu görüşün favoriti hesab olunurdu. Azərbaycan Premyer Liqasının gümüş mükafatçısının İspaniya klubuna necə müqavimət göstərəcəyi maraqla gözlənilirdi. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "İnter" ikinci hissənin əvvəlində daha bir qol buraxaraq səfərdən məğlub ayrılıb - 0:2. Qeyd edək ki, bu komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək. 30 iyul Avropa Liqası, III təsnifat mərhələsinin ilk oyunu 23:45. "Atletik" (Bilbao, İspaniya) - "İnter" (Azərbaycan) - 2:0 Ehtiyat oyunçular: Qorka İraizoz, Laporte, Lekue, Elustondo, Aketxe, Kike Salo, Viquera “İnter”: Səlahət Ağayev (k), Xuanfran, Laşa Kasradze, Zurab Xizanişvili, Denis Silva, Nizami Hacıyev, İlkin Qırtımov, Nika Kvekveskiri, Fuad Bayramov, Rauf Əliyev, Polyak Ehtiyat oyunçular: Giorgi Lomaya, Mirsayib Abbasov, Mirhüseyn Seyidov, Abbas Hüseynov, Fomenko , Abdullayev, Diaqo Martins Cia.az |


