|
"Yuventus" ciddi itki ilə üzləşib. Cia.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın müdafiəçisi Corcio Kyellini dünən "Leçiya" ilə yoxlama matçında zədələnib. Onun ən azı 20 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki, C.Kyellini İtaliya superkubokunda "Latsio"ya qarşı matçda oynamayacaq. Qeyd edək ki ,"Yuventus" - "Latsio" qarşılaşması avqustun 8-i keçiriləcək. Cia.az
|


