banner
banner

Sağlamlıq

Kökəlmə səbəbinizi bilirsinizmi?- FOTO əsasında təhlil

Kökəlmə səbəbinizi bilirsinizmi?-

Sizin kökəlmə şəkliniz hansı sinifə aiddir? Şəklə əsasən kökəlmə səbəbinizi təyin edə bilərsiniz.

b_420_0_16777215_0___images_stories_Maraqlixeber_kokelme-sebebi1.jpeg

1- həddindən artıq çox yemək

2- əsəb mənşəli

3- qlütendən (buğda kimi taxıllı bitkilərdə olan protein qrupu) çox istifadə etmək

4- genetik

5- qan dövranı problemi

6- hərəkətsizlik

Bəzən bədən nə qədər arıqlasa da, bəzi insanlar qarında, bəziləri də bədənin başqa hissələrində toplanmış yağ qatından qurtula bilmirlər. Məhz hansı bölgənin kökəlməsi əsasında təhlillər kökəlmə səbəbini aşkar etməyə imkan verir.

Mütəxəssislərin fikrincə, şəkildən göründüyü kimi, 1 nömrəli bədən formasındakı kimi, bədəninizin üst qismindən kökəlirsinizsə, bunun səbəbi həddindən artıq yeməyinizdir. Sağlam qidalanmağa çalışaraq artıq çəkidən xilas ola bilərsiniz.

2 nömrəli bədəndəki kimi, sadəcə qarın hissənizdə artıq çəki varsa, kökəlməyinizin səbəbi tamamilə əsəb mənşəlidir. Stress səbəbilə şişkinlik və həzm pozğunluğu çəkdiyiniz üçün qarnınız daha da şişkin görünə bilər.

3 nömrəli bədəndəki kimi, bud bölgəsindən kökələnlərin problemi artıq miqdarda qlüten (protein) qəbul etməkdir. Qlütensiz qidalara üstünlük verə bilərsiniz.

4 nömrəli bədəndəki kimi, ön qarın bölgəsindən kökəlirsinizsə, bu, əsasən genetik meyilliliklə bağlıdır. Ailənizdə bu bölgədən artıq çəkiyə sahib olan varsa, idman edərək və qarın əzələlərinizi sıxlaşdıraraq qarın bölgənizi nəzarət altında saxlaya bilərsiniz.

5 nömrəli bədəndəki kimi, aşağı omba və ayaq bölgəsindən kökəlmənin səbəbi qan dövranı problemləri ola bilər. Həkimə müraciət edərək bu problemi həll edə bilərsiniz.

6 nömrəli bədəndəki kimi, bədənin orta qismindəki artıq çəki hərəkətsizliklə bağlıdır. Oturaq işdə çalışırsınızsa və uzun müddət oturmağa məcbursunuzsa, hərəkətdə etməyə və idmanla məşğul olmağa çalışın.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.