"Mançester Yunayted" klubunun hücumçusu Radamel Falkao yenidən zədələnib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Mançester təmsilçisinin baş məşqçisi Lui van Qal açıqlamasında deyib.
Hollandiyalı mütəxəssis Falkaonun iki həftə yaşıl meydanlardan kənarda qalacağını bildirib: "Falkaonun yeni zədəsi var. Onun yaşıl meydanlara qayıtması üçün ən azı iki həftə lazımdır".
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.