“Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli “Antalyaspor” klubu ilə yoxlama oyunundan (2:0) sonra fikirlərini bildirib. Əsas heyətdə ilk qolunu vuran hücumameylli yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında bunları deyib: “Antalyaspor” yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Bu rəqiblə oyun çox gərgin keçdi. Təlim-məşq toplanışını qələbə ilə başa vurmaq istəyirdik. Çox şükür, buna nail olduq. Şadam ki, əsas heyətdə ilk qolumu vurdum. Amma əsas odur ki, təlim-məşq toplanışında məğlub olmadıq. Çempionatda daha da yaxşı nəticələrlə öz sözümüzü deyəcəyik”.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.