Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama immiqrantlara dair islahatlar planını açıqlayıb.
Bu plan hazırda Amerikada məskunlaşan 5 milyondan çox qanunsuz immiqrantın ölkədən deportasiya olunmasının qarşısını ala bilər. Obama islahatlar paketinə dair çıxışında qeyd edib ki, artıq ölkənin çoxdandır ki, qanayan yarasını sağaltmaq istəyir.
“Bu ölkədə yaşayan insanların qaydalara görə hərəkət etməsini gözləyirik. Ölkəmizə daxil olan mühacirlərə qarşı ədalətli şəkildə davranılmasını istəyirik. Ona görə də, belə bir təklif edirik: Əgər Amerikada 5 ildən artıq yaşamısızsa, burada Amerika vətəndaşı olan övladlarınız varsa, cinayət törətməmisizsə və vergi ödəməyə razısızsa, bu ölkədə deportasiya qorxusu olmadan müvəqqəti olaraq qalmaq üçün müraciət edə bilərsiz. Künc-bucağa sıxılmaqdan yaxa qurtarıb qanunlar çərçivəsində hüquq əldə edə bilərsiz”.
Respublikaçılar Obamanın immiqrantların ölkədə məskunlaşmasına icazə verməyə çalışmasına qarşı ciddi müqavimət göstərir. Hətta, Obama belə bir planı icra etməyə çalışarsa, respublikaçılar onu məhkəməyə verə bilər.//Anspress
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.