Rusiya Xarici İşlər Nazirliyi ABŞ-a etiraz notası verib.
Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, notada Amerika məhkəməsinin YUKOS-un keçmiş səhmdarlarının Avropa Məhkəməsində təsdiqlənmiş iddiaları və kompensasiya ilə bağlı Rusiyanın Birləşmiş Ştatlardakı əmlakına həbs qoyulmasına baxmaq xahişi ilə bağlıdır.
Kremlin cavab notasından bəlli olur ki, Rusiya tərəfi sabiq səhmdarların iddiaları ilə razı deyil.
“Bununla bağlı ABŞ ərazisindəki Rusiya əmlakına münasibətdə istənilən təminedici və ya icraedici addım Rusiya tərəfindən ABŞ-a, onun ölkə ərazisindəki əmlakına və vətəndaşlarına münasibətdə Rusiyanın analoji addım atmaq üçün əsas rolu oynayacaq” - notada deyilir.
Xatırladaq ki, Avropa Məhkəməsi YUKOS-un qanunsuz milliləşdirilməsinə görə Rusiya hökumətinə 2 milyard 200 min avro cərimə kəsib və cərimənin vaxtında ödənməyəcəyi təqdirdə Avropa Birliyi (Qərb) ölkələrində Rusiyaya məxsus əmlaklara həbs qoyulmasına dair sanksiya verib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.