"Qarabağ" futbol klubu Danilo Diasla yollarını ayırıb.
Cia.az klubun saytına istinadən məlumat verir ki, 2014/2015 mövsümündə "Qarabağ"ın formasını geyinmiş braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə xitam verilib.
30 yaşlı futbolçunun Ağdam təmsilçisi ilə müqaviləsi 2016-cı ilin yayında başa çatacaqdı.
Qeyd edək ki, 2015-2016 mövsümlərarası fasilədə 10 futbolçu transfer edən "Qarabağ"ın bir neçə oyunçu ilə yolları ayrılıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.