Afrikanın bəzi ölkələrinə rəsmi səfərə gedən Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın ebola epidemiyasından qorunması üçün xüsusi tədbirlər görülüb. ANS PRESS-in məlumatına görə, Ərdoğan ailəsinin qalacağı otel otaqları xüsusi olaraq dezinfeksiya edilib, Ərdoğan özü isə yoluxucu xəstəliyə qarşı əvvəldən peyvənd olunub. Bundan başqa prezidentin yeyəcəyi ərzaq da Türkiyədən aparılıb.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Afrika turu çərçivəsində əvvəl Əlcəzairə, daha sonra Qvineyaya səfər edib. Ərdoğanın Qvineyada 2-ci Türkiyə-Afrika ortaqlıq sammitində iştirak etdiyi bildirilib.
Məlumata görə, sammitin təxirə salınması təklif olunsa da, Ərdoğan bir neçə ay əvvəl keçirilməsinə qərar verilmiş sammitin təxirə salınmasına razı olmayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.