banner
banner

Dünya

"Ölsəniz də, ölkənizə keçəcəyik": Miqrant üsyanı

"Ölsəniz də, ölkənizə keçəcəyik":
Fransanın Kale şəhərində, "Eurotunnel"in qarşısındakı yük terminalında minlərlə miqrant Böyük Britaniyaya keçmək üçün çarpışır.
Cia.az Daily Mail-ə istinadən bildirir ki, yük terminalının ətrafındakı hasarı müxtəlif yerdən dələn miqrantlar La-Manş boğazının altı ilə keçən tunelə yol tapmağa çalışırlar.
Dünən 240 fransız polisi ilə miqrantlar arasında yeni toqquşma olub.
Qəzəblənən miqrantlar tunelin qarşısına yığışaraq şüarlar söyləyiblər: "Bizi niyə öldürürsünüz?! Bacılarımızı, qardaşlarımızı niyə öldürdünüz? Həyatımızı xilas etmək üçün gedirik! Ölsəniz də, ölkənizə keçəcəyik!"
200 miqrant dünən terminalın qarşısında canlı barrikada qurmuşdu.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.