banner
banner

İdman

"Xəzər Lənkəran"ın şikyətinə baxıldı

"Xəzər Lənkəran"ın şikyətinə baxıldı
“Xəzər Lənkəran”ın FİFA-nın transfer qadağası ilə bağlı qərarından şikayətinə baxılıb.
 İdman Arbitraj Məhkəməsi (CAS) heyətinə futbolçu qatmasına qadağa qoyulan “ağ-yaşıllar”ın şikayəti dəyərləndirib.
CAS-ın qəbul etdiyi qərara əsasən, FİFA-nın cəzası avqustun 31-də başa çatır. Sentyabrın 1-dən sonra oyunçu transfer etmək hüququna malik olacaq “Xəzər Lənkəran” yalnız azad agent statusu daşıyan oyunçularla güclənə bilər.
Bu isə onunla bağlıdı ki, “transfer pəncərəsi” də avqustun 31-də bağlanacaq.
 
Cənubluların mövsümlərarası fasilədə heyətinə cəlb etdiyi azad agent statusu daşıyan futbolçular da məhz sentyabrın 1-dən sonra “ağ-yaşıl” forma geyə biləcək. Bu o deməkdi ki, yeni oyunçular yalnız ilk 3 turda komandalarına kömək edə  bilməyəcək. Bu futbolçular Premyer Liqanın yeni mövsümünün IV turunda debüt etmək imkanı qazanacaq.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.