banner
banner

Dünya

Putinin katibi 620 min dollarlıq saatı hansı pulla alıb?!

Putinin katibi 620 min dollarlıq saatı hansı pulla alıb?!
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ona ünvanlanan ittihamlar qarşısında özünə bəraət qazandırmalı olub.
"Qol saatını mənə həyat yoldaşım bağışlayıb. Mən onun hədiyyəsini toyumuzda taxmaya bilməzdim. Arvadın ərə, ərin arvada hədiyyəsinin heç kimə dəxli yoxdur, bu, bizim şəxsi işimizdir" - Peskov deyib.
Peskov deyib ki, bu məsələnin rusiyalı bloqçu, siyasi fəal Aleksey Navalnıya, onun məşğul olduğu antikorrupsiya fəaliyyətinə də heç bir dəxli yoxdur.
Navalnı bloqunda yazıb ki, cəmi 30 ədəd buraxılmış elitar "Richard Mille RM 52-01" saatın qiyməti 37 milyon rubldur (620 min dollar).
Saat çox yüksək temperatura davamlı, amma çox yüngül titandan, bir də qırmızı qızıldan düzəldilib. Şüşə əvəzinə istifadə olunmuş sapfir kristalı isə işığı əks etdirmir.
Bu məsələ sosial şəbəkələrdə də müzakirələrə yol açıb. Sual yaranıb ki, illik maaşı 9 milyon rubl olan Peskov belə bahalı saatı necə alıb.
Peskovun arvadı, tanınmış fiqurlu konkisürən Tatyana Navka da açıqlama verib.
"Saatı mən alıb ona bağışlamışam" - deyə ərini müdafiə edib.
Cütlüyün toyu 2014-ci ilin avqustunda Soçidə olub. Saat məsələsi də toy şəkillərinin mətbuata sızmasından sonra ortaya çıxıb.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.