banner
banner

Sağlamlıq

Yayın kabusu: qida zəhərlənmələri – Nələrə diqqət etməli?

Yayın kabusu: qida zəhərlənmələri –

Qarın ağrısı, ürək bulanma, qusma və ishal kimi şikayətlər qida zəhərlənməsinin xəbərçisidir. Bu əlamətlərin sırasına qızdırma da daxil olarsa, mütləq həkimə getmək lazımdır.

İsti havalarda ən sıx görülən sağlamlıq problemlərindən biri də qida zəhərlənməsidir. Bəs ölümə belə, yol açan bu gizli təhlükəyə qarşı necə qorunmalı, nələrə diqqət etməliyik? Aile.lent.az oxucularına bununla bağlı tövsiyələr təqdim edir.

Qida zəhərlənməsi qidaların səbəb olduğu mədə-bağırsaq sisteminə dair şikayətlərə yol açan infeksion bir xəstəlikdir. Qida zəhərlənməsi yeyilən qidanın tərkibindəki bəzi mikroorqanizm və zəhərlərin (toksin) olması nəticəsində ortaya çıxır.

Bundan başqa yeməyin metal və bəzi kimyəvi maddələrlə təmas etməsi də bu zəhərlənməyə səbəb olur. Bəzi qidaların özü də zəhərli ola bilər.

Bütün dünya üzrə qida zəhərlənməsinə görə baş verən ölüm halları ürək-damar xəstəliklərinə bağlı ölümlərdən sonra ikinci yerdə gəlir. Hər il təxminən 5 milyon uşaq qida zəhərlənməsindən ölür.

Qida zəhərlənməsinin səbəbi nədir?

Qida zəhərlənməsi əsasən yay aylarında yaşanır.

Üç şəkildə baş verir:

1. Qidaların üzərindəki mikroorqanizmlər yeyilmədən əvvəl toksin yaratması ilə meydana gələn qida zəhərlənməsi

2. Qidalarla alınan mikroorqanizmlərin bağırsaqda yaratdığı toksinlərlə meydana gələn qida zəhərlənməsi

3. Qidalardan qəbul edilən mikroorqanizmlərin bağırsaq divarını işğal və xarab etdiyi zəhərlənmə.

Hansı yeməklərə diqqət etməliyik?

Ət və süd məhsulları, quş əti, sosiska, kolbasa, dondurma, mayonez və souslu yeməklər, kremli tortlar, bir müddət quruda qalmış dəniz məhsulları, yumurta, limonad kimi qidalardan dolayı zəhərlənmə ortaya çıxır.

Qusmaq yaxşıdırmı?

Bəli. Çünki qusma mədənin bağırsaqlara keçməsinə icazə vermədiyi toksin tərkibli qidaların bayıra atılmasıdır. Ancaq qusma az olarsa, toksinlərin hamısı qaytarılmadığından bir qismi bağırsaqlara keçir. Nəticədə ishal yaşanır.

Hansı əlamətləri var?

Ürək bulanma, qusma, qarın ağrısı, ishal kimi şikayətlər çox yaşanır. İshal qoxusuz və qansız olur. Qızdırmanın yüksək olması ciddi qida zəhərlənməsinə işarədir.

Qida zəhərlənməsi çox vaxt 2-3 gün içində yaxşılaşır.

Antibiotik nə vaxt istifadə edilməlidir?

Yüksək qızdırma, qanlı ishal və şiddətli qarın ağrısı varsa, antibiotik istifadə edilə bilər.

Sadə zəhərlənmələrdə antibiotiklərə ehtiyac yoxdur. Qusmaq üçün də dərman istifadə etmək olmaz.

Necə qorunmalı?

İnsanın immunitet sistemi və gigiyenik təmizliyi son dərəcə əhəmiyyətlidir.

Probiotik və prebiotik qidalanma çox vacibdir.

Açıqda satılan qidalar və açıq su qaynaqlarından uzaq durun. Qoxusu dəyişmiş, kiflənmiş və rəngi dəyişmiş qidaları yemək qəti qadağandır.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.