banner
banner

İdman

Premyer Liqanı Rövnəq Abdullayevin kanalı aldı - 700 minə

Premyer Liqanı Rövnəq Abdullayevin kanalı aldı -

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqası Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə bağlı elan etdiyi tenderin qalibi CBC TV kanalı elan olunub. 

TV Premyer Liqa oyunlarını qeyd olunan şərtlər daxilində 1 il ərzində yayımlamaq hüququna görə AFFA-ya 700 min manat ödəyəcək.

Yayım haqqı üçün ödənilən bu vəsait AFFA və PFL tərəfindən  Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcək.

İlkin razılığa əsasən,  CBC beynəlxalq peyk TV olduğuna və xarici dillərdə yayımlandığına görə ilk aylar oyunların şərhi rus dilində olacaq.  Azərbaycan dilində isə AFFA-nın youtube (AFFA Official) kanalında  yayımlanacaq.

CBC Sport kanalı açıldıqdan sonra şərhlər Azərbaycan dilində olacaq. CBC  TV  çəkilişləri   peşəkar səviyyədə - stadiondan asılı olaraq 8-12  kamera ilə həyata keçirməyi,   yaxın müddət ərzində idman kanalı açmağı və yayım hüququnu  o kanala  vermək öhdəliyini də  üzərinə götürüb.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.