Premyer Liqamızın 12-ci turunda bu gün keçirilən "İnter” - "Xəzər Lənkəran” matçından sonra qalmaqal yaşanıb.
Qol.Az-ın məlumatına görə, matç bitən kimi "İnter”in baş məşqçisi Kaxaber Sxadadze rəqib komandaya qarşı qeyri-etik hərəkətə yol verib. Gürcü mütəxəssis "Xəzər Lənkəran"ın məşqçilər və ehtiyat oyunçuların oturduğu skamya istiqamətinə jest edib. Onun bu hərəkəti "Xəzər Lənkəran” tərəfinin ciddi narazıçılığı ilə qarşılanıb. Lənkəranlılar bu hərəkətə öz etirazlarını bildiriblər.
Sxadadzenin bu hərəkətindən sonra “Xəzər Lənkəran”ın nümayəndəsi Yunis Hüseynov onu sakitləşdirməyə çalışıb. Daha da hirslənən Sxadadze ona da yumruq atıb.
Qeyd edək ki, "İnter”- "Xəzər Lənkəran” matçı meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:1.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.