banner
banner

İdman

"Qarabağ" Avropa komandasıdır"

"Qarabağ" Avropa komandasıdır"

"Komandamdan razı qaldım. Meydanın istənilən nöqtəsində yaxşı oynadıq. Rəqibi cəzalandıra bilərdik. Ancaq havanın isti olması və qazonun istənilən səviyyədə olmaması qol vurmağımıza imkan vermədi. Çox əsəbi oyun oldu. Lakin mərhələ adladığımız üçün çox xoşbəxtəm".

Bu sözləri "Seltik"in baş məşqçisi Ronni Deyla Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə "Qarabağ"la 0:0 bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis "Qarabağ"ın Avropa səviyyəli komanda olduğunu bildirib: "Ötən bir il ərzində topu özümüzdə saxlamağımızı yaxşılaşdırmışıq. Bunu "Qaraba"la oyunda da göstərdik. "Qarabağ" yaxşı komandadır. Meydanda inamlı mübarizə getdi. Bu çıxışımızı növbəti oyunlarda da davam etdirməyə çalışacağıq". 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.