banner
banner

İdman

“Mərhələni Şotlandiyada uduzmuşduq” - Rəşad Sadıqov

“Mərhələni Şotlandiyada uduzmuşduq” -

Çempionlar Liqasında (ÇL) 3-cü təsnifat mərhələsinə yekun vurulur. 

Cia.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirindəki yeganə təmsilçimiz "Qarabağ" evdə Şotlandiya təmsilçisi "Seltik"lə 0:0 bərabərə qalaraq (ilk matçda 0:1 hesablı məğlubiyyət), turnirdə mübarizəni dayandırıb. Matçdan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb və bildirib ki, oyun gərgin mübarizə şəratində keçib.  90 dəqiqə mübarizə aparsalar da, qol vura bilməyiblər. 

- “Qarabağ” sanki hücumda çoxala bilmirdi...

- Rəqib elə komanda idi ki, böyük qüvvə ilə açılmaq olmurdu. Ustalıq səviyyəsi yüksək olan futbolçulardan qurulmuş heyətləri var. Çox sürətli hücuma keçirdilər. Fikrimcə, ilk hissədə yaxşı oynadıq. Fasilədən sonra rəqib də meydançanın vəziyyətini nəzərə alıb, pressinq tətbiq elədi. İkinci hissənin əvvəlində hücumlara çıxmaqda çətinlik çəkirdik. Oyuna da nəzarət edirdik, sadəcə, qol vura bilmirdik. Fikrimcə, biz mərhələni ilk oyunda əldən vermişdik. Rəqib 1-ci matçda bizə çox təzyiq göstərirdi. Lakin 75-ci dəqiqədən sonra geriyə çəkilmişdi. Eyni bu matçdakı ssenari orda da gedirdi. Lakin künc zərbəsindən vurduqları hər şeyi korladı. Burdakı oyuna da rəqib 1:0 irəlidə başlamışdı deyə, bütün oyunu müdafiədən qurdu və istənilən nəticəni əldə etdi. 

- Səndən əvvəl müsahibə verən Qara Qarayev bildirdi ki, rəqib futbolçular meydanda sizi əsasən, təxribata çəkməklə məşğul idi...

- Futbolda belə şeylər olur. Rəqib hesabda irəlidədi, istəyir ki, səni meydanda qıcıqlandırsın.

- Künc zərbəsindən sonra qaçırdığın qol epizodunu unutmusan, yoxsa hələ uzun müddət yadında qalacaq?

- Yox, hələ 2-3 gün yadımdan çıxmaz. Top yerə dəyib qalxırdı. Ona görə zərbəm uğursuz alındı. Dünən məşqdə bunun üzərində çox məşq etmişdik və əksəriyyəti də uğurlu alınmışdı. 

- Qazonun bərbad vəziyyətdə olması oyununuza nə dərəcədə təsir göstərdi?

- Qazon haqqında danışmaq istəmirəm. Bu bəhanə deyil. Fikrimcə, “Seltik” layiqli şəkildə mərhələ adladı. 

- Komanda bu il avrokuboklarda 4 oyunda cəmi 1 qol vura bilib. Bu nə ilə bağlıdı?

- Bunu mən də düşünürəm. Üzərində işləmək lazımdı. İrəlidə daha kəskin hücumlar qurmalıyıq.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.