banner
banner

İdman

Polislər azarkeşləri döydü- “Qəbələ” oyununda+Video

Polislər azarkeşləri döydü-

Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulur. 

Cia.az futbolinfo.az-a istinadən xəbər verir ki, təmsilçimiz "Qəbələ" evdə Kipr "Apollon"unu 1:0 hesabı ilə məğlub edərək, pley-off mərhələsinə vəsiqə qazanıb.

"Bakcell Arena"da keçirilən oyun həm də arzuolunmaz hadisə ilə yadda qalıb. Belə ki, "Qəbələ"nin Bakıda yerləşən fan-klubunun üzvləri oyundan sonra tribunada Türkiyə bayrağı açdığı üçün polislərin hücumuna məruz qalıb. Polislər həmin azarkeşləri döyüb. Hətta fanatlardan birini döyərək, ikinci mərtəbədən aşağı atıblar. 

Bu vəhşiliyə dözməyən "Qəbələ" klubunun rəsmiləri də polislərə etiraz ediblər. Hazırda həmin fanatlar arasında özündən gedənlər var və ətrafdakılar onlara kömək edir. Digər tərəfdən stadiondan çıxan azarkeşlərin əksəriyyəti isə evlərinə getməyib. Onlar stadionun qabağında polislər əlehinə şüarlar səsləndiriblər.

Video AzadlıqRadiosuna məxsusdur:

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.