banner
banner

İdman

Tale Heydərovdan qələbə şərhi

Tale Heydərovdan qələbə şərhi
"Çox gözəl oyun oldu. İlk dəfədir ki, bu mərhələyə qədər irəliləmişik. Buna inanmırdıq. Ancaq bacardıq. Hamımız sevincliyik". 
Bu sözləri "Qəbələ"nin prezidenti Tale Heydərov Avropa Liqasının III təsnifat mərhələsində "Apollon"a qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Klub prezidenti hədəflərinin qrup mərhələsinə vəsiqə qazanmaq olduğunu bildirib: "Pley-off mərhələsini keçmək bundan da çətin olacaq. Lakin biz qarşımıza məqsəd qoymuşuq ki, qrup mərhələsinə vəsiqə qazanaq. Bunun üçün hər kəs əlindən gələni edəcək. 
 
Ola bilər ki, daha bir transfer etdik. Bununla bağlı söhbətlər gedir. Pley-off mərhələsinin oyununu daha böyük stadionda keçirməyimiz mümkündür. Gördüyünüz kimi azarkeşler komandamızı yaxşı dəstəkləyirlər. Futbolçulara veriləcək mükafata gəlincə onu deyim ki, mətbuatda gedən rəqəmlər həqiqətə uyğun deyildi, həddən artıq şişirdilib. Amma futbolçları həvəsləndirmək üçün hər dəfə mərhələ keçəndə onlara pul mükafatı veririk". 
 
Qeyd edək ki, "Qəbələ"nin pley-off mərhələsindəki rəqibi sabah müəyyənləşəcək.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.