|
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Cia.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşkatma mərasimdə 20 komanda iştirak edəcək. Bunlardan 5-i – "Valensiya" (İspaniya), "Mançester Yunayted" (İngiltərə), "Bayer" (Leverkuzen, Almaniya), "Latsio" (İtaliya), "Sportinq" (Portuqaliya) mübarizəyə birbaşa pley-off mərhələsindən başlayacaq. Qalan 15 komanda isə III təsnifat mərhələsinin qalibləri olacaq. Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları 18/19 avqust, cavab qarşılaşmaları isə 25/26 avqust tarixlərində keçiriləcək.
Səpələnməmişlər: “Makkabi” (Təl-Əviv, İsrail), "Partizan" (Serbiya), "Malmö" (İsveç), "Skenderbeu" (Albaniya), "Astana" (Qazaxıstan)
Qeyri çempionlar: Səpələnmişlər: "Mançester Yunayted" (İngiltərə), "Valensiya" (İspaniya), "Bayer" (Leverkuzen, Almaniya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Sportinq" (Portuqaliya) Səpələnməmişlər: CSKA (Moskva, Rusiya), "Latsio" (İtaliya), "Brügge" (Belçika), “Monako” (Fransa), "Rapid" (Avstriya) Cia.az
|


