banner
banner

İdman

"Messi mənə 10 nömrəni təklif etdi" – Arda

"Messi mənə 10 nömrəni təklif etdi" –
"Barselona"nın futbolçusu Arda Turan yeni komandasında 10 nömrəli formanı geyinə bilər.
 
Qol.Az-ın "NTVspor"a istinadən verdiyi məlumata görə, bu barədə türkiyəli futbolçunun özü açıqlamasında deyib.
 
Arda hazırda 10 nömrəli forma altında çıxış edən Lionel Messinin ona öz nömrəsini təklif etdiyini bildirib:
 
"Türkiyə millisində oynamağa başlayarkən 14 nömrəni seçdim. Çünki atam Yohan Kroyfun böyük fanatıdır. Ancaq mənim üçün hansı nömrə altında çıxış etməyimin önəmi yoxdur. Yanvar ayında hansı nömrəni seçəcəyimə qərar verəcəm. Messi mənə öz nömrəsini təklif etdi. O, istədiyim halda "Barselona"da 10 nömrəli forma ilə çıxış edə biləcəyimi söylədi".
 
Qeyd edək ki, Arda Turan FİFA-nın "Barselona"ya qoyduğu transfer qadağasına görə yanvar ayının 1-nə (2016) kimi oynaya bilməyəcək. 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.