banner
banner

İdman

"Favorit "Barselona"dır" – "Sevilya"nın baş məşqçisi

"Favorit "Barselona"dır" –

"Sabah favorit olan komandaya qarşı oynayacağıq. Hazırda komandam yaxşı formadadır. Qələbə qazanmağa çalışacağıq. Matçın taleyini "Barselona"nın yox, "Sevilya"nın nə edəcəyi müəyyənləşdirəcək. UEFA superkubokunda oynamağa layiqik".

Cia.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri "Sevilya"nın baş məşqçisi Unai Emeri UEFA superkubokunda "Barselona" ilə oyun öncəsi deyib.

O, rəqib komandanın futbolçusu Neymarın sözügedən matçda zədə səbəbindən oynamamasına da münasibət bildirib: "Neymarın yoxluğu "Barselona" üçün yaxşı olmadı. Amma bu cür böyük komandalarda Pedro ilə yanaşı, bir çox futbolçu Neymarı yerini doldura bilər. "Barselona" Neymar ilə yaxşı komandadadır, ancaq onsuzda rəqibin güclü olduğunu deyə bilərik".

Qeyd edək ki, "Barselona" - "Sevilya" qarşılaşması sabah keçiriləcək.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.