banner
banner

İdman

"Hakimin belə qərar verməsi ayıbdır" – Rəşad Sadiqov

"Hakimin belə qərar verməsi ayıbdır" –

"Açığı, qırmızı vərəqəlik bir epizod yox idi. Qara Qarayevə dəyəndə yıxıldı, sonra durdu. Məncə, Qara Qarayevin özü də qırmızı vərəqə almağıma təəssüfləndi. Hakimin belə bir epizoada qırmızı vərəqə verməsi bir az ayıbdır. Hər sadə  vəziyyətdə qırmızı vərəqə verilməsi təəssüfedicidir".

Bu sözləri  CBC telekanalına"Qəbələ"nin futbolçusu Rəşad Sadiqov Azərbaycan Premyer Liqasında "Qarabağ"la bərabərə qaldıqları oyunda (2:2)  qırmızı vərəqə ilə cəzalandığı epizodu şərh edərkən deyib.

O, "Qarabağ" və "Qəbələ"nin Avroliqada münbarizəni davam etdirməsi haqda da danışıb:

"Avroliqada oynamaq, üç mərhələni keçmək möhtəşəmdir. "Pley-off" mərhələsinə yüksəlməyimiz tarixi uğurdur. Ancaq bununla kifayətlənmək istəmirik. Qrup mərhələsinə düşmək üçün əlimizdən gələni edəcəyik. Bizim kimi "Qarabağ" da qrup mərhələsində oynamaq uğrunda mübarizə aparacaq.

O, "Qarabağ"la oyununun möhtəşəm keçdiyini vurğulayıb:" Oyunda hər bir şey var idi".

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.